PRESS RELİZ

"Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda" İctimai Birliyi tərəfindən  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant müsabiqəsinə təqdim olunan “Vətən Müharibəsində iştirak edən qazilərə sosial psixoloji dəstək tədbirlərinin təşkili” adlı layihənin qalib olmuşdur.

 Layihənin məqsədi: Lənkəran şəhərində və Göygöl rayonunda, hər birində 20 nəfər olmaqla, ümumilikdə 40 nəfər ağır, sosial-psixoloji vəziyyətdə olan Vətən Müharibəsində iştirak edən qazilərə sosial-psixoloji xidmətlərinin göstərilməsi, görünən problemləri aradan qaldırmaq üçün dəstəyin verilməsi, hər rayonda 20 nəfər olmaqla Vətən Müharibəsində iştirak edən qazilərə 5 psixoloji seansların keçirilməsi, iştirak edən qazilərə sosial, psixoloji və fiziki sağlamlıq, iqtisadi vəziyyətini yaxşılaşdırmaq, məşğulluq problemlərinin həllində dəstək verilməsindən ibarətdir. 


Layihə üzrə fəaliyyətlər davam etdirilir.  Lənkəran şəhərində 14 aprel tarixində Vətən Müharibəsində iştirak edən 20 nəfər qazilərin iştirakı ilə dəyirmi masa  təşkil edilmişdir. Dəyirmi masanı giriş sözü ilə açan  "Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda" İctimai Birliyinin sədri Firuzə xanım Babayeva gələn qonaqlara layihənin mahiyyəti ilə bağlı məlumat vermiş, Himnimiz səsləndirilmiş, ŞƏHİDLƏRİMİZİN RUHU  bir dəqiqəlik sükutla yad edilmişdir.  Psixoloq Sadiqova Nigar Tələt qizi tərəfindən qazilərimizə ilkin psoxoloji qiymətləndirmə testləri aparılmışdır. 


Layihənin fəaliyyət müddətində Ulu Öndərimiz Heydər Əliyev tərəfindən irəli sürülən sosial siyasətin Azərbaycan modelinin mahiyyətini, və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasətin prioritetlərini bu kateqoriyadan olan insanlara çatdırılmışdır.


 "Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda" İctimai Birliyinin sədri Firuzə xanım Babayeva tərəfindən dəyirmi masa iştirakçılarının arzu və istəkləri dinlənilmişdir. Vətən Müharibəsində iştirak edən 20 nəfər qazilərin  təklifləri, problemləri dinlənilmiş, həlli yolları məqsədi ilə birgə müzakirələr aparılmışdır.  

"Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda" İctimai Birliyinin mətbuat xidməti. 14.04.2023