Azərbaycanda inklüziv nəqliyyat sahəsində mühüm yeniliklərdən biri olan əlilliyi olan şəxslər üçün ilk yerli elektrik nəqliyyat vasitəsi (ENV) layihəsi uğurla icra olunur. Layihə "Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda" İctimai Birliyi tərəfindən həyata keçirilir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BP şirkətinin maliyyə dəstəyi ilə reallaşdırılır.
Layihənin əsas məqsədi əlil arabasından istifadə edən əlilliyi olan şəxslərin şəhər mühitində təhlükəsiz, müstəqil və maneəsiz hərəkət imkanlarının genişləndirilməsi, əlçatan və ekoloji cəhətdən dayanıqlı nəqliyyat həllərinin tətbiqinə töhfə verməkdir. Bu təşəbbüs eyni zamanda inklüziv şəhər mühitinin formalaşdırılması, sosial innovasiyaların təşviqi və yerli mühəndislik potensialının inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Layihə çərçivəsində yerli mütəxəssislər tərəfindən Azərbaycanda ilk dəfə olaraq əlil arabasından istifadə edən əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş elektrik mühərrikli nəqliyyat vasitəsi hazırlanıb və ictimaiyyətə təqdim edilib. Yeni model istifadəçi ehtiyacları nəzərə alınmaqla hazırlanmış, təhlükəsizlik, rahatlıq, enerji səmərəliliyi və ekoloji dayanıqlılıq prinsiplərinə əsaslanan innovativ nəqliyyat həllidir.
Elektrik nəqliyyat vasitəsi aşağıdakı xüsusiyyətləri ilə seçilir:
- ekoloji cəhətdən təmiz elektrik mühərriki;
- şəhər mühitində rahat və təhlükəsiz hərəkət imkanı;
- əlil arabasından istifadə edən əlilliyi olan şəxslər üçün uyğunlaşdırılmış konstruksiya;
- yerli mühəndislər tərəfindən hazırlanmış milli texnoloji həll;
- enerji səmərəliliyini təmin edən müasir texnologiyalar.
Layihə yalnız yeni nəqliyyat vasitəsinin hazırlanması deyil, həm də əlilliyi olan şəxslərin müstəqil həyat tərzinin dəstəklənməsi, onların cəmiyyət həyatında fəal iştirakının təşviqi və inklüziv inkişaf prinsiplərinin tətbiqi istiqamətində mühüm sosial təşəbbüsdür.
Eyni zamanda layihə yerli istehsalın inkişafına, innovativ texnologiyaların tətbiqinə və milli mühəndislik potensialının gücləndirilməsinə töhfə verir. Gələcək mərhələdə elektrik nəqliyyat vasitəsinin texniki imkanlarının daha da təkmilləşdirilməsi, seriyalı istehsalının təşkili və beynəlxalq bazarlara çıxarılması nəzərdə tutulur.
Bu layihə Azərbaycanda inklüziv şəhər nəqliyyatının inkişafı istiqamətində atılmış mühüm addımlardan biri olmaqla yanaşı, sosial məsuliyyət, innovasiya və dayanıqlı inkişaf prinsiplərinin uğurlu vəhdətini nümayiş etdirir.