“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyi (ƏBƏU.İB) ”Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” (ƏBƏU.İ.B) mütəxəssisləri öz təcrübəsini psixoloji stres yaşayan qazilərlə çalışan dövlət və QHT nümayəndələri ilə, könüllülərlə bölüşür, geniş milli və beynəlxalq təcrübəsini sosial, iqtisadi və siyasi nöqteyi nəzərdən bu işə ehtiyac duyan tərəflərin tələblərinə uyğun olaraq paylaşır. Əlilliyi olan şəxslərin sosial həyata adaptasiyası məqsədi ilə ƏBƏU.İB-nin mütəxəssisləri dünyanın qabaqcıl ölkələrinin təlimçiləri tərəfindən reabilitasiya və sosial iş üzrə təlimləndirilmişlər.
Əlilliyi olan şəxslərin vəziyyətinin yaxşılaşdırılması, onlara innovativ yeniliklərin tətbiq edilməsi, layihədə iştirak edən əməkdaşlarımız ən yüksək təcrübəyə yiyələnən, bilik bacarıqlara malik bir qrup olaraq formalaşmışdılar. Layihənin fəaliyyəti zamanı aşağıdakı sahələr üzrə fəaliyyətlər həyata keçirilmişdir.
Fəaliyyətin planlaşdırılması
İnnovativ təkliflərin hazırlanması.
Əlilliyi olan şəxslərin həyat tərzinin yaxşılaşdırılması üçün innovativ yanaşma
Ehtiyacların və mənbələrin analizi
Əlilliyi olan şəxslərləiş proqramı üçün plan tərtibatı və onun inkişaf prinsipləri
Monitorinq və qiymətləndirmə
Müvəkillik siyasətinin dəyişdirilməsi
Birbaşa xidmət təminatı
Əlilliyi olan şəxslərin inkişafı - inkişaf geriliyinə müdaxilə
Psixoloji travmaların aradan qaldırılması
Reabilitasiyanın müasir metodları – fizioterapeya, oyun və ünsiyyət tarapeyaları
Gənc əlilliyi olan şəxslərə yönəlmiş təhsil
Sosial işin təcrübədə tətbiqi - xüsusi halların (case) idarəetməsi, ailənin bərpası, qeyt-kipinq,gənclərə/ailəyə dəstək
Proqram inkişafı
Əlilliyi olan şəxslərə Psixo- Sosial dəstək
De-Institusionalizasiya və alternativ qayğının inkişafı
Vətəndaş cəmiyyəti təşkilatlarının müvəkkilliyi və səlahiyyətləndirilməsi, icma fəaliyyətinin