Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində
Sosial Xidmətlər Agentliyi
 
 
 
 


                                  #ƏƏSMN#SosialXidmətlərAgentliyi#SXA#SağlamlıqİmkanlarıMəhdudUşaqlar
“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” İB (ƏBƏU.İB) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmət Agentliyinin dəstəyi ilə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili “ (Qusar rayonu üzrə ) layihəsinin dəstəyi ilə 100 nəfər  əliliyi olan uşaqlar reabilitasiyaya cəlb olunub.  
 “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili“ layihəsi üzrə Qusar rayonunda fəaliyyət göstərən mərkəzdə  31.10.2022-ci il tarixində Uşaq Hüquqları ilə bağlı valideyinlərə təlim keçirilmişdir.Təlimdə iştirak edən valideyinlərə ətraflı məlumatlar verilmişdir. Konvensiyaya ilk qoşulan ölkələr sırasında olan Azərbaycan hökuməti tərəfindən uşaqların hüquqlarının qorunması, Konvensiyanın mahiyyəti, qəyyumluq, bu kateqoriyadan olan uşaqlara verilən dəstək, iştirakçı dövlətlərin öhdəliyi, əqli və fiziki çatışmazlığı olan uşaqların tibbi, psixoloji və funksional müalicə sahəsində müvafiq məlumat mübadiləsinə, o cümlədən də sağlamlığın bərpası metodlarının, ümumtəhsil və peşə hazırlığı barədə məlumatın yayılmasına, habelə bu məlumatdan istifadə olunmasına, biliklərini zənginləşdirməsi kimi təlimlər verilmiş, layihənin uğurları, görülən işlərlə bağlı məlumatlandırılmalar aparılmışdır. Təlimdən sonra 08 noyabr Zəfər Tariximizlə bağlı əlilliyi olan uşaqların iştirakı ilə maraqlı proqram təşkil edilmişdir. İlkin olaraq uşaqların iştirakı ilə Azərbaycanın himni səsləndirilmiş, Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmişdir. Təşkil olunan tədbirdə  Reabilitasiya Mərkəzinə cəlb olunan uşaqların valideyinləri, işçi heyyəti  təşkil olunan görüşlərdə çıxış edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyini, uşaqların inkişafında görülən işləri, həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndirmişdilər. Uşaqlar tərəfindən bir-birindən maraqlı şerlər səsləndirilmişdir. Cəlb olunan 17 uşağa inkişaf proqramları, geyimlər olan hədiyyələr verilmişdir. Uşaqların iştirakı ilə hazırlanan proqram tədbir iştirakçılarnda yüksək əhval- ruhiyyə yaratmışdır. Tədbiridə iştirak edən valideyinlər tərəfindən qarşılaşdıqları problemlər, onların həlli yolları, uşaqlarla bağlı təkliflər müzakirə olunmuşdu. Tədbirin sonda birlikdə xatirə şəkili çəkdirilmişdir.    
Rayon ərazisində tərəfimizdən təşkil olunan təlim və Zəfər Günü münasibəti ilə proqramın təşkili əhali arasında yüksək rəqbətlə qarşılandı.

"Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda" İctimai Birliyi mətbuat xidməti