Описание: A picture containing text, clipart

Description automatically generated
 




Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində
Sosial Xidmətlər Agentliyi

.
                                          #ƏƏSMN#SosialXidmətlərAgentliyi#SXA#SağlamlıqİmkanlarıMəhdudUşaqlar

“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” İB (ƏBƏU.İB) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmət Agentliyinin dəstəyi ilə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili “ (Biləsuvar rayonu üzrə) layihəsinin dəstəyi ilə100 nəfər əliliyi olan uşaqlar reabilitasiyaya cəlb olunub.  
 “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili“ layihəsi  üzrə Biləsuvar rayonunda fəaliyyət göstərən mərkəzdə  31.10..2022-ci il tarixində Uşaq Hüquqları ilə bağlı valideyinlərə təlim keçirilmişdir.Təlimdə iştirak edən valideyinlərə Konvensiyaya ilk qoşulan ölkələr sırasında olan Azərbaycan hökuməti tərəfindən uşaqların hüquqlarının qorunması, Konvensiyanın mahiyyəti, qəyyumluq, bu kateqoriyadan olan uşaqlara verilən dəstək, layihənin uğurları, görülən işlərlə bağlı məlumatlandırılmalar aparılmışdır. Təlimdən sonra 08  noyabr  Zəfər Tariximizlə bağlı əlilliyi olan uşaqların iştirakı ilə maraqlı  proqram təşkil edilmişdir. İlkin olaraq uşaqların iştirakı ilə Azərbaycanın himni səsləndirilmiş, Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Biləsuvar şəhər Bələdiyyəsinin nümayəndəsi, Biləsuvar İcra Hakimiyyətinin müavini Məhərərəm müəllim, Biləsuvar Tarix müzeyinin  direktoru, müzeyin əməkdaşları görüşdə iştirak etmişdir.Təşkil olunan tədbirdə  Reabilitasiya Mərkəzinə cəlb olunan uşaqların valideyinləri yaşadıqları problemləri gündəmə gətirdilər. Layihənin rəhbəri xanım Firuzə Babayeva səsləndirilən problemlərin həlli yollarına açıqlamalar gətirərək problemlərin həllinə təşkilati dəstək veriləcəyini bildirdi. Valideyinlər təşkil olunan görüşlərdə çıxış edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyini, uşaqların inkişafında görülən işləri, həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndirmişdilər. Uşaqların dili ilə Zəfər Tariximiz münasibəti ilə müxtəlif şerlər, mahnılar, rəqs proqramları təşkil edilmişdir. Uşaqların iştirakı ilə hazırlanan proqram tədbir iştirakçılarnda yüksək əhval- ruhiyyə yaratmışdır. Sonda birlikdə xatirə şəkili çəkdirilmişdir. Uşaqlarla birlikdə layihə rəhbəri Firuzə Babayevanın və bütün qonaqların Biləsuvar rayonu Tarix Diyarşünaslıq Muzeyinə ekskursiyaları təşkil edilmişdir. Xanım Firuzə Babyeva Tarix Diyarşünaslıq muzeyinin xatirə kitabına öz ürək sözlərini yazdı.    
Rayon ərazisində tərəfimizdən təşkil olunan təlim və Zəfər Günü münasibəti ilə proqramın təşkili uşaqların valideyinlər və qonaqlarda xoş təssürat yaratdı.

Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda İctimai Birliyi mətbuat xidməti