İqlim dəyişikliyinin əlilliyi olan şəxslərə təsirləri:
İqlim dəyişikliyi ətraf mühitlə yanaşı, insanların həyatına da ciddi şəkildə təsir edir. BMT-nin 2030-cu ilə qədər hədəf qoyduğu Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə və insan hüquqlarının qorunması bir-biri ilə sıx əlaqəlidir. İnsan hüquqları qida təhlükəsizliyi, su təchizatı, səhiyyə və yaşayış şəraiti kimi əsas sahələrdə iqlim dəyişikliyinin yaratdığı təsirlərdən ciddi şəkildə pozulur. BMT-nin iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki əsas çərçivə sənədi olan Paris İqlim Sazişi (2015), eyni zamanda, insan hüquqlarının qorunmasını da önə çıxarır. Bununla bağlı olan mövzular, iqlim dəyişikliyi və insan hüquqları arasındakı əlaqələri dərindən anlamaq üçün əhəmiyyətli bir fürsət təqdim edir. İqlim dəyişikliyi, qlobal istiləşmə və ekstremal hava hadisələrinin artması bir çox insan hüquqlarının pozulmasına səbəb olur. Bu təsirlər əsasən ən zəif cəmiyyətlərdə daha böyük fəsadlar yaradır. İqlim dəyişikliyinin təsirləri əlilliyi olan şəxslərə qeyri-münasib şəkildə təsir edir. Əlilliyi olan şəxslərin hüquqlarını, o cumlədən qida və qidalanma, təhlükəsiz içməli su və kanalizasiya, səhiyyə xidmətləri, dərman vasitələri, təhsil və təlim, adekvat mənzil şəraiti, layiqli işə çıxış hüquqlarını pozur.Layihənin məqsədləri:
COP29 və növbəti iqlim dəyişikliyi ilə bağlı COP tərbirləri çərçivəsində iqlim dəyişikliyinin əlilliyi olan şəxslərin dünya miqyasında artımının sürətləndirilməsinə və əlilliyi olan şəxslərin müstəqil həyat tərzinə mənfi təsiri ilə bağlı gündəliyin təbliği; Əlilliyi olan şəxslərin və onların təşkilatlarının iqlim dəyişikliyi ilə bağlı COP tərbirlərində daha geniş şəkildə iştirak etməsinin və onlar üçün COP tərbirlərində müyəssərliyin təmin edilməsi.
İdeyamız
Layihə iqlim dəyişikliyi ilə baglı COP tədbirlərində əlilliklə baglı problemlərin daxil edilməsi və bu tədbirlərdə əlilliyi olan şəxslərin və onların təşkilatlarının daha geniş şəkildə iştirak etməsinin təşviqi üçün beynəlxalq təşəbbüslərin və əməkdaşlığın genişləndirilməsinə həsr olunub. Bu məqsəd ilə həyata keçirdiyimiz layihənin fəaliyyətləri çərçivəsində Azərbaycan və xarici ölkələrdə əlilliyi olan şəxslərin təşkilatları arasında koalisiyanın yaradılmasi nəzərdə tutulub. Yaradılacaq koalisiyanın isə öz növbəsində əlillik sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların qeyd olunan sahə üzrə yaratdığı beynəlxalq əməkdaşlıq platformalarına qoşulmağı planlaşdırılır.
İqlim dəyişikliyinin əlilliyi olan şəxslərə təsirləri:
COP29-da təmsilçiliklə bağlı bizim çağırışlarımız!
COP29-da təmsilçiliklə bağlı bizim çağırışlarımız!
Əlillik sahəsində fəaliyyət göstərən təşkilatların araşdırmaları göstərir ki, iqlim dəyişikliyinin insanlar arasında xəstəliklərin və əlilliklərin yaranmasma təsiri artmaqdadır. Temperaturun yuksəlməsi,
təbiifəlakəthadisələrininartması,günəşdəngələnmaqnitdalğalarının və
şüalanmanın artması və digər anomaliyalar insanların həyatında bu problemləri yaradır.
təbiifəlakəthadisələrininartması,günəşdəngələnmaqnitdalğalarının və
Bunu nəzərə alaraq, COP tədbirlərində bu məsələyə daha çox yer ayrılması və
Təşkil olunan tədbirlərdə əlilliyi olan şəxslərin və əlilliyi olan şəxslərin təşkilatlarının
iştirak etməsinin səviyyəsinin artırılmasına cağırırıq!
Təşkil olunan tədbirlərdə əlilliyi olan şəxslərin və əlilliyi olan şəxslərin təşkilatlarının
iştirak etməsinin səviyyəsinin artırılmasına cağırırıq!