Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi |
|
#ƏƏSMN#SosialXidmətlərAgentliyi#SXA#SağlamlıqİmkanlarıMəhdudUşaqlar
“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” İB (ƏBƏU.İB) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmət Agentliyi dəstəyi ilə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili “ (Yardımlı rayonu üzrə ) layihəsinə 100 nəfər əliliyi olan uşaqlar cəlb olunub.
“Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili“ layihəsi,Yardımlı rayonunda fəaliyyət göstərən mərkəz tərəfindən 02.11.2022-ci il tarixində Zərifə Əliyeva adına körpələr evinin akt zalında ilkin olaraq Uşaq Hüquqları ilə bağlı valideyinlərə, tədbir iştirakçılarına məlumatlandırılmalar aparılmışdır. Sonra 08 noyabr Zəfər Tariximizlə bağlı əlilliyi olan uşaqların iştirakı ilə musiqili proqram təşkil edilmişdir.Tədbirdə Yardımlı rayonundan Şəhid ailələri, müxtəlif qurumların nümayəndələri iştirak etmişdilər. Təşkil olunan tədbirdə Reabilitasiya Mərkəzinə cəlb olunan uşaqların valideyinləri, işçi heyyəti təşkil olunan görüşlərdə çıxış edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin dəstəyini, uşaqların inkişafında görülən işləri, həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndirmişdilər. Uşaqlar tərəfindən hazırlanan proqram, işğaldan azad edilmiş rayonların adları, şəhidlərimizin adları ilə cəmiyyətə meysajlar verilmişdir. Şəhidimiz Xudayarın adı ilə bağlanan Xudayar təsnifi mərkəzdə reabilitasiya olunan Abdulzadə Coşqun tərəfindən ifa olunmuşdur. Uşaqların dili ilə Zəfər Günü münasibəti ilə müxtəlif şerlər, mahnılar, rəqs proqramları təşkil edilmişdir. Uşaqların iştirakı ilə hazırlanan proqram tədbir iştirakçılarnda yüksək əhval- ruhiyyə yaratmışdır. Tədbirin sonda birlikdə xatirə şəkili çəkdirilmişdir.
Yardımlı rayonunda 03.11.2022-ci il tarixində isə Uşaq hüquqları ilə bağlı valideyinlərə Sosial Reabilitasiya Mərkəzində Psixoloq Rza Nəciyev tərəfindən təlim keçirilmişdi. Təşkil olunan təlimdə Reabilitasiya Mərkəzinn işçi heyyəti ilə uşaqların valideyinləri təşkil olunan görüşlərin Sosial Reabilitasiya Mərkəzində davamlı olaraq keçirilməsi, təkliflərin verilməsi sahəsində maraqlı diskusiyalar sual- cavablar təşkil edilmişdir. Təlim zamanı uşaqlara yanaşma, davranış, onların hüquqlarına dair əsaslı təlimatlandırılma işləri aparıldı .Sonda valideyinlər tərəfindən maraqlı təkliflər verilmişdir. Tədbirdən sonra Firuzə Babyevanın təklifi ilə Şəhid Zahir Azadoğlunun ailəsi ziyarət edildi. Ziyarətçilərə Şəhidin həyat yolu, döyüş yolu ilə bağlı ailəsi tərəfindən xatırlatmalar edildi. Allah ŞƏHİDİMİZƏ rəhmət eləsin.AMİN
Rayon ərazisində tərəfimizdən təşkil olunan iki günlük proqramın təşkili əhali arasında yüksək rəqbətlə qarşılandı.
Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda İctimai Birliyi mətbuat xidməti