PRESS RELİZ
 
  Layihənin fəaliyyət müddətində Ulu Öndərimiz Heydər Əliyev tərəfindən irəli sürülən sosial siyasətin Azərbaycan modelinin mahiyyətini, və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasətin prioritetlərini bu kateqoriyadan olan insanlara çatdırılmışdır..
"Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda" İctimai Birliyi tərəfindən  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant müsabiqəsinə təqdim olunan “Vətən Müharibəsində iştirak edən qazilərə sosial psixoloji dəstək tədbirlərinin təşkili” adlı layihənin qalib olmuşdur.
 Layihənin məqsədi: Lənkəran şəhərində və Göygöl rayonunda, hər birində 20 nəfər olmaqla, ümumilikdə 40 nəfər ağır, sosial-psixoloji vəziyyətdə olan Vətən Müharibəsində iştirak edən qazilərə sosial-psixoloji xidmətlərinin göstərilməsi, görünən problemləri aradan qaldırmaq üçün dəstəyin verilməsi, hər rayonda 20 nəfər olmaqla Vətən Müharibəsində iştirak edən qazilərə 5 psixoloji seansların keçirilməsi, iştirak edən qazilərə sosial, psixoloji və fiziki sağlamlıq, iqtisadi vəziyyətini yaxşılaşdırmaq, məşğulluq problemlərinin həllində dəstək verilməsindən ibarətdir. 

Layihə üzrə fəaliyyətlər davam etdirilir.  Lənkəran şəhərində 14 aprel tarixində Vətən Müharibəsində iştirak edən 20 nəfər qazilərin iştirakı ilə dəyirmi masa  təşkil edildikdən sonra layihə üzrə Klinik Psixoloq Sadiqova Nigar Tələt qizi tərəfindən qazilərimizə ilkin psoxoloji qiymətləndirmə testləri aparıldıqdan sonra əldə olunana nəticənin davam etdirilməsi məqsədi ilə QAZİLƏRİMİZƏ psixoloji kosultasiyalar davamlı olaraq təşkil etdirilir.
Klinik psixoloq  Nigar xanım Sadiqova tərəfindən  Qazilərlə keçirdiyi  müxtəlif testlər nəticəsində onlarda olan qorxu, fobiyalar, həyəcan-təşviş pozuntusu müəyyən edildi. Bu hallarin aradan qaldirılması məqsədi ilə Qazilərimizə bir neçə psixoloji seanslar əlavə olaraq keçirilir.
 Psixoloji qiymətləndirilmədə əldə olunana nəticələrdən, bəzi qazilərimizə proqramda nəzərdə tutulan müddətdən əlavə təşkilat öz hesabına əlavə konsultasiyalar  təşkil edir.   
  Qazilərimiz,seanslardan çox məmnun qaldilar,davamli olmasini arzu etdilər.
"Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda" İctimai Birliyinin sədri Firuzə xanım Babayeva tərəfindən QAZİLƏRİMİZƏ təşkil edilən  psixoloji kosultasiyalarla bağlı mövzü ətrafında mütəmadi müzakirələr aparılır, innovativ dəstək proqramları həyata keçirilir .  Lənkəran şəhərində Vətən Müharibəsində iştirak edən 20 nəfər qazilərin  sağlam həyatda aktiv iştiraklarına dəstəyin verilməsi işi davam etdirilir.



    

 
"Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda" İctimai Birliyinin mətbuat xidməti. 14.04.2023