Описание: A picture containing text, clipart

Description automatically generated
 



Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində
Sosial Xidmətlər Agentliyi
 
 
#ƏƏSMN#SosialXidmətlərAgentliyi#SXA#SağlamlıqİmkanlarıMəhdudUşaqlar

“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” İB (ƏBƏU.İB) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmət Agentliyinin dəstəyi ilə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili “ (Tərtər rayonu üzrə) layihəsinin dəstəyi ilə100 nəfər əliliyi olan uşaqlar reabilitasiyaya cəlb olunub.  
 “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili“ layihəsi  üzrə Tərtər rayonunda fəaliyyət göstərən mərkəzdə  04.11.2022-ci il tarixində Uşaq Hüquqları ilə bağlı valideyinlərə təlim keçirilmişdir.Təlimdə iştirak edən valideyinlərə Konvensiyaya ilk qoşulan ölkələr sırasında olan Azərbaycan hökuməti tərəfindən uşaqların hüquqlarının qorunması, Konvensiyanın mahiyyəti, qəyyumluq, bu kateqoriyadan olan uşaqlara verilən dəstək, layihənin uğurları, görülən işlərlə bağlı məlumatlandırılmalar aparılmışdır. Təlimdən sonra 08  noyabr  Zəfər Tariximizlə bağlı əlilliyi olan uşaqların iştirakı ilə hərbi geyimlərdə maraqlı musiqili proqram təşkil edilmişdir. İlkin olaraq uşaqların iştirakı ilə Azərbaycanın himni səsləndirilmiş, Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Tərtər şəhər Bələdiyyəsinin sədri Tünzalə xanım Vəliyeva, Tərtər musiqi məktəbinin şagirdləri, 6 nömrəli məktəbin 3 B- sinifinin sinif rəhbəri Məhəbbət müəllimənin təşəbbüsü ilə  Reabilitasiya mərkəzinin uşaqları ilə əməkdaşlıq yaradılan “Dostluq Körpüsü” qrupunun üzvüləri, Şəhid ailələri, müxtəlif qurumların nümayəndələri iştirak etmişdilər.Təşkil olunan tədbirdə  Reabilitasiya Mərkəzinə cəlb olunan uşaqların valideyinləri, işçi heyyəti  təşkil olunan görüşlərdə çıxış edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyini, uşaqların inkişafında görülən işləri, həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndirmişdilər. Uşaqlar tərəfindən bir-birindən maraqlı, hərbi geyimlərdə, Azərbaycan bayrağı altında  hazırlanan proqram, işğaldan azad edilmiş rayonların adları, layihə rəhbəri tərəfindən hazırlanan Xarı Bülbül üzərində şəhidlərimizin adları, zərəfimizlə bağlı cəmiyyətə meysajlar verilmişdir. Şəhidimiz Xudayarın adı ilə bağlanan Xudayar təsnifi mərkəzdə  reabilitasiya olunan Abdulzadə Coşqun tərəfindən ifa olunmuşdur. Uşaqların dili ilə Zəfər Tariximiz münasibəti ilə müxtəlif şerlər, mahnılar, rəqs proqramları təşkil edilmişdir. Uşaqların iştirakı ilə hazırlanan proqram tədbir iştirakçılarnda yüksək əhval- ruhiyyə yaratmışdır. Tədbirin sonda birlikdə xatirə şəkili çəkdirilmişdir.    
Rayon ərazisində tərəfimizdən təşkil olunan təlim və Zəfər Günü münasibəti ilə proqramın təşkili əhali arasında yüksək rəqbətlə qarşılandı.

Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda İctimai Birliyi mətbuat xidməti