Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi |
|
PRSS RELİZ
#ƏƏSMN#SosialXidmətlərAgentliyi#SXA#SağlamlıqİmkanlarıMəhdudUşaqlar
“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” İB (ƏBƏU.İB) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmət Agentliyinin dəstəyi ilə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili “ (Tərtər rayonu üzrə) layihəsinin dəstəyi ilə 100 nəfər əliliyi olan uşaqlar reabilitasiyaya cəlb olunub.
“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” İB (ƏBƏU.İB) “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili “ (Tərtər rayonu üzrə) layihəsinin işçi heyyəti dəstəyi ilə 02.12.2022-ci il tarixində 3 dekabr Beynəlxalq əlillər günü ilə bağlı Tərtər rayonunda tədbir keçirilmişdir. Tədbirdə Azərbaycanın himni səsləndirilmiş, Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə Ayparə Hüseynova açaraq , qeyd etdi ki, Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunduğunu qeyd etdi. Onun hədəfi- ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir. “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili “layihəsi (Tərtər rayonu üzrə) təşkil olunan tədbirdə iştirak edən Sosial Xidmət Agentliyinin nümayəndəsi Vüsal Əzizov tədbirdə iştirak edən valideyinlərə 2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyaya ilk qoşulan ölkələr sırasında olan Azərbaycan hökuməti tərəfindən bütün sağlamlıq imkanları məhdud olan insanlar kimi, uşaqların hüquqlarının qorunması, Konvensiyanın mahiyyəti, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görüldüyünü, həmin sahələrin hər biri üzrə lazımlı addımlar atıldığını iştirakçılara bildirdi. Tədbirdə Tərtər şəhər 6 nömrəli məktəbin 3 B- sinifinin sinif rəhbəri Məhəbbət müəllimənin təşəbbüsü ilə Reabilitasiya mərkəzinin uşaqları ilə əməkdaşlıq yaradılan “Dostluq Körpüsü” qrupunun üzvüləri iştirak etmiş, 6 saylı orta məktəbin 3b sinfinin uşaqları dostlarının cəmiyyətə inteqrasiya olunması üçün fəallıq göstərmişlər. Qonaqlara Uşaqların bacarıqları birgə nümayiş etdirilərək şerlər, rəqslər, rəsmlər təqdim olundu . Uşaqlar tərəfindən turpun nağılı hamını sevindirdi. Bu təkcə bir səhnəcik deyil eyni zamanda uşaqların diqqət əskikliyinin aradan qaldırılması, onlarda motorik inkişafın əldə olunmasındada böyük əhəmiyyət kəsb etdi .
Valideyin komitəsinin rəhbəri Aybəniz Məhərrəmova çıxışı edərək valideyinlər adından uşaqlara göstərilən diqqət və qayğıdan, uşaqlarda görünən inkişafdan, valideyinlərin razılığından danışaraq, əməyi keçən hər kəsə minnətdarlığını bildirmişdi.Tədbirin sonda birlikdə xatirə şəkili çəkdirildi. Rayon ərazisində 3 dekabr Beynəlxalq əlillər günü münasibəti ilə proqramın təşkili valideyinlər tərəfindən yüksək rəqbətlə qarşılandı.

Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda İctimai Birliyi mətbuat xidməti