Hədəfimiz: ƏLİLLİYİN QARŞISININ ALINMASI
1991-ci ildən Sosial sahədə irəliləyirik.
1991-ci ildən Sosial sahədə irəliləyirik.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin tərəfdaş təşkilatı “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyinin Tərtər rayonunda həyata keçirdiyi “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili “ layihəsinin uğurları:
UĞUR NÖQTƏLƏRİMİZDƏN DAHA BİRİ, 100 SİMU, onlara göstərilən sosial xidmət cəmiyyətə inteqirasiya olunmalarına imkanlar yaratdı.
“Fiziki məhdudiyyətdən qorxmuruq”, “Biz əngəlləri aşa bilirik”, “Arzularımıza dəstək olun”
Təhlükəsiz, dayanıqlı və qayğı göstərən ailə mühitlərini yaratmaq, zorakılığı dayandırmaq və uşaqlar üçün təhlükəsiz, stabil və qayğı vəd edən mühitlər ilə əvəzləməyə imkan vermək.
Tərəfimizdən Tərtər rayonunda həyata keçirilən “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili “ layihəsi uğurları ilə yadda qaldı. Hər ayda bir neçə dəfə valideyinlərlə ZOOM üzərindən və canlı görüşlər zamanı təşkil olunan konfranslarda görüləcək istiqamətlər üzrə həyata keçirilən fəaliyyətlər, çərçivəsində uşaqlarla valideyinlər arasında mobil əlaqələrin qurularaq məsləhətlər, təlimatlar verildi.Tərəfimizdən həyata keçirilən fəaliyyətlər uşaqların cəmiyyətə adaptasiyasına imkanlar yaratdı.
- Hər bir uşaq üçün qayğı planının yazılması;
- Psixologi testlərin aparılması;
- Uşaqların qiymətləndirilməsi və digər fəaliyyətlər , bir çox sahələr üzrə proqramlar həyata keçirildi.
- Hər bir uşaq üçün qayğı planının yazılması;
- Psixologi testlərin aparılması;
- Uşaqların qiymətləndirilməsi və digər fəaliyyətlər , bir çox sahələr üzrə proqramlar həyata keçirildi.
SRM -də tərəfimizdən həyata keçirilən tədbirlər :
- 04.11. 2022-ci il - Zəfər Tariximiz haqqında Azərbaycan bayrağı altında Şəhidlərimizin yad edilməsi, Himnimizin uşaqlar tərəfindən səsləndirilməsi, qələbə çağırışları, səhnələşmiş teatr, Xudayar təsnifinin ifası. Bütün bunlar SRM-nin uşaqları tərəfindən Azərbaycan Bayrağı altında ifa edildi.
- “Uşaq Hüquqları haqqında” SRM-də xidmət göstərilən SİMU -n valideyinlərinə maarifləndirilmə məqsədi ilə təlim keçirildi.
- 3 dekabr 2022-ci il tarixində: - “Beynəlxalq Əlillər Günü “ SRM-də qeyd edildi. Valideyinlərə bununla əlaqədar geniş maraq doğuran təlimatlandırılma edildi. Tədbirdə uşaqlar və onların valideyinləri iştirak etdi.
- 27.12.2022 tarixində:- Yeni il və Dünya azərbaycanlılarının həmrəylik günü uşaqların maraqlarına uyğun təşkil olundu.
“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyinin mətbuat xidməti.