“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyinin təşkilatçılığı ilə Tərtər rayonunda fəaliyyət göstərən Sosial Reabilitasiya Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyiliyi Günü və Yeni il bayramı ilə əlaqədar xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib.
SRM-na gələn qonaqlar uşaqları bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Tədbirdə qonaq qismində Sosial Xidmət Agentliyinin nümayəndəsi iştirak etmişdi. Uşaqlara, dövlətimiz tərəfindən onlara göstərilən qayğıdan, SRM-nə cəlb olunaraq cəmiyyətə inteqirasiya olunmalarından, sağlamlıqlarının bərpasına yaradılan imkanlardan danışıblar. Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqları, xüsusilə sağlamlıq imkanları məhdud olan uşaqları daim diqqət mərkəzində saxladığını vurğulayıb.
Yeni İl şənliyinə Şaxta baba, qarqız, Ayı maskalı adam uşaqları əyləndirdi. Uşaqların ifasında söylənilən şerlər, tapmacalar, rəqslər  hamını sevindirdi.
“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyinin Tərtər rayonunda fəaliyyət göstərən Sosial Reabilitasiya Mərkəzinin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və tabeliyində olan Sosial Xidmət Agentliyinə Sosial Reabilitasiya Mərkəzinə cəlb olunan uşaqlara göstərilən diqqət qayğıya görə təşəkkürünü bildirmişdir. Bu kimi SRM-nin vasitəsi ilə maraqlı tədbirlərin təşkili uşaqların cəmiyyətə adaptasiyasına müsbət təsir etdiyini bildiriblər.
#ƏƏSMN#SosialXidmətlərAgentliyi#SXA#SağlamlıqİmkanlarıMəhdudUşaqlar

ƏBƏU.İB. Mətbuat xidməti.